Tramp yenidən Kanadanın ABŞ-yə qoşulmasından danışıb.
Bakues.az xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp Şimali Karolinada jurnalistlərə açıqlama verib.
Tramp açıqlamasında Kanadanı yeni ştat olaraq görmək istədiyini bildirib.
O, həmçinin qeyd edib ki, əgər bu baş verərsə Kanada vətəndaşları böyük vergi güzəşti əldə edəcəklər.
Tramp, həmçinin ordu ilə bağlı da müəyyən güzəştlərin tətbiq olunacağını deyib.