ABŞ prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adını Müharibə Departamenti adlandırmaq niyyətindədir.
Bakues.az “Fox News Digital”a istinadən xəbər verir ki, Tramp müvafiq fərmanı sentyabrın 5-də imzalayacaq.
Bundan əvvəl Donald Tramp və Pentaqonun rəhbəri Pit Heqset departamentin adını dəyişmək istədiklərini açıqlamışdılar. Fərmandan sonra Müdafiə naziri müvafiq olaraq Müharibə Katibi adlandırılacaq.
Dəyişikliklər departamentin internet saytına da təsir edəcək.
Asim




