ABŞ prezident administrasiyası NATO müttəfiqləri tərəfindən maliyyələşdirilən Ukraynaya ilk hərbi yardım paketini təsdiqləyib.

Bakues.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Tramp administrasiyası Ukraynaya ABŞ-nin ilk silah yardımı paketini təsdiqləyib.

Söhbət 500 milyon dollar dəyərində olan iki yardım paketindən gedir.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Ukraynaya silah tədarükünün dayandırılmasının müvəqqəti olacağını açıqlamışdı.

Donald Tramp Vladimir Zelenskini ABŞ-ın bacardığı qədər Ukraynanı çox silahla təmin edəcəyinə inandırıb.