Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Ər-Riyadda danışıqlar aparırlar – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Ər-Riyadda danışıqlar aparırlar – YENİLƏNİBbackend

ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudun danışıqları iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə Ər-Riyadda keçirilir.

Bakues.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

***

11:39

ABŞ Prezidenti Donald Tramp bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.

Bakues.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Səudiyyə Ərəbistanının hava məkanında Trampın təyyarəsini üç “F-15” qırıcısı müşayiət edib. Onun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud ilə görüşəcəyi gözlənilir.

Tramp Yaxın Şərq turnesi çərçivəsində çərşənbə günü Qətərə, cümə axşamı isə BƏƏ-yə gedəcək.

ABŞ mətbuatı xatırladır ki, bu, Trampın ikinci prezidentlik müddətində ilk böyük xarici səfəridir.