ABŞ prezidenti Donald Trampın Venesuelaya qoşun göndərmək planı yoxdur.

Bakues.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə respublikaçı senator Markwayne Mullin bildirib.

ABŞ-ın Venesuelaya qoşun yeritmək planı yoxdur və hərəkətlər yalnız sahili qorumaq məqsədi daşıyır. ABŞ prezidenti Tramp isə Venesuela üzərində hava məkanının bağlandığını elan edib.

Senator əlavə edib ki, Amerika hərəkətləri Bolivar Respublikası xalqına qarşı yönəlməyib. Bununla belə, ABŞ Venesuelanı narkotik ticarəti ilə mübarizədə kifayət qədər fəal olmamaqda ittiham edir və Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə ölkədə gizli əməliyyatlar aparmaq səlahiyyəti verib. ABŞ mediası isə tezliklə hava hücumlarının başlaya biləcəyini yazıb.

Zəhra Məmmədzadə