Bu axşam UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin son oyunları keçiriləcək.

Bakues.az xəbər verir ki, günün ilk qarşılaşmasında “AZ Alkmaar” ilə “Şaxtyor Donetsk” üz-üzə gələcək.

Digər matçlarda isə “Fiorentina” klubu “Kristal Pelas” ilə, “Strasburq” klubu “Maynts 05” ilə, AEK (Afina) isə “Rayo Valyekano” ilə qarşılaşacaqlar.

1/4 final mərhələsi

16 aprel

20:45, “AZ Alkmaar” – “Şaxtyor Donetsk” (ilk oyun 0:3);

23:00, “Fiorentina” – “Kristal Pelas” (ilk oyun 0:3);

23:00, “Strasburq” – “Maynz 05” (ilk oyun 0:2);

23:00, AEK (Afina) – “Rayo Valyekano” (ilk oyun 0:3).