ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün şərtlər irəli sürmək niyyətində deyil.

Bakues.az “Fox Business” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

Polşada baş verən son dron insidentlərini şərh edən Metyu Uitaker çox qatlı və sərfəli hava hücumundan müdafiə sisteminə ehtiyac olduğunu qeyd edib:

“Prezident Tramp hər iki tərəfi bir araya gətirə və nizamlanmada vasitəçilik edə biləcəyi rıçaq və şərtlər tapmağa davam edəcək. O, şərtlər qoymayacaq. Hər iki tərəf sülh sazişi ilə razılaşmalı olacaq”.