Antonov An-26 tipli Ukrayna hərbi təyyarəsi Berlin şəhərindən havaya qalxaraq Lvovdakı qapalı aerodroma eniş edib.

Bakues.az Tass-a istinadən xəbər verir ki,bunu təyyarə Polşa üzərindən uçaraq təxminən 3 km yüksəklikdə Ukrayna sərhədini keçib və uçuşlara bağlı olan hava məkanına daxil olub. Uçuşun səbəbi açıqlanmayıb.

Mənbə bildirib ki, bu cür uçuşlar ilk dəfə deyil və adətən Polşanın Deblin şəhərində yerləşən hərbi aerodromla Lvov arasında həyata keçirilir. Qeyd edilib ki, sözügedən təyyarə 1976-cı ildən istismardadır.

Eyni zamanda, daha əvvəl Antonov An-12 tipli digər Ukrayna təyyarəsinin də uzun müddətdir beynəlxalq yük daşımalarında istifadə olunduğu bildirilmişdi.
Zəhra Məmmədzadə