Ukrayna 2025-2026-cı illərdə hərbi sənaye kompleksinin inkişafı üçün Qərb ölkələrindən əlavə 15 milyard dollar alacağını gözləyir.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu, Ukrayna hökumətinin Ali Radaya təqdim etdiyi 2025-2026-cı illər üçün fəaliyyət proqramında yer alıb.
Proqramda qeyd olunub ki, Ukrayna hökuməti 2025-ci il dekabrın 31-nə qədər Ukrayna müdafiə-sənaye kompleksinin tərəfdaşlar tərəfindən ən azı 5 milyard dollar, 2026-cı ildə isə 10 milyard dollardan az olmayan səviyyədə maliyyələşdirilməsini təmin etmək niyyətindədir.
Bu məbləğlər yalnız hərbi-sənaye kompleksinin maliyyələşdirilməsini əks etdirir.
2026-cı ildə 60 milyard dollara çata biləcək maliyyə dəstəyi, həmçinin ayda təxminən 1-2 milyard dollar təşkil edən silah, avadanlıq və sursatların birbaşa tədarükü daxil edilmir.
Asim




