Ukraynada illik inflyasiya 12%-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynada illik inflyasiya 12%-ə çatıbbackend

 

Ukraynada illik inflyasiya 12%-ə qədər sürətlənib ki, bu da 2023-cü ilin göstəricisindən iki dəfə çoxdur.

Bakues.az xəbər verir ki, bu barədə Ali Radanın Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin rəhbəri Daniil Getmantsev dövlət statistika xidmətinə istinadən Telegram kanalında bildirib.

Ukraynanın “Strana” nəşri bunun 2023-cü ildə 5,1% olan inflyasiya səviyyəsindən iki dəfə çox olduğuna diqqət çəkir.

Əvvəllər Ukrayna Milli Bankı il üçün inflyasiyanı 8,5% proqnozlaşdırmışdı, lakin 2024-cü ilin ikinci yarısında qiymət artımının sürətlənməsindən sonra vəziyyət dəyişdi.

Dövlət Statistika Xidmətindən verilən məlumata görə, il ərzində ərzaq və alkoqolsuz içkilərin qiymətləri 14,1% bahalaşıb.

Məlumata görə, ən çox tərəvəz – 48,3%, yağ 33,9%, kommunal xidmət haqları 18,9% artıb.

Qeyd edək ki, 2024-cü il iyunun 1-dən əhali üçün elektrik enerjisinin tarifi 63,6 faiz bahalaşıb.