Ukraynanın ticarət gəmilərinə hücumları ilə bağlı vəziyyət Qara dəniz hövzəsində hərbi qarşıdurma və ekoloji fəlakətlər təhlükəsi yaradır.

Bakues.az “Cumhuriyyet”ə istinadən xəbər verir ki, bu barədə Təqaüddə olan türk admiralı Can Erenoğlu deyib.

Onun sözlərinə görə, bu hücumlar Qara dənizi dünyanın ən təhlükəli bölgələrindən birinə çevirir və gələcəkdə “Türk axını” və “Mavi Axın” kimi boru kəmərlərinin də hədəfə alınması riski yaradır.

Erenoğlu vurğulayıb ki, Avropa Zelenskini belə addımlara sövq etməklə Ukraynanı qurban verir. O, Ankaranı neytral qalmağa və Montrö Konvensiyasına əsaslanaraq dəniz ticarətinin təhlükəsizliyini qorumağa çağırıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da parlamentdə çıxış edərək bildirib ki, Ankara münaqişənin Qara dənizə yayılmasının qarşısını almaq üçün fəal iş aparır və boğazlarda Montrö Konvensiyasına tam əməl edir.

Zəhra Məmmədzadə