ABŞ qoşunlarının Karib hövzəsinə yerləşdirilməsi Latın Amerikası və Karib hövzəsinin sülh zonası statusunu təhdid edir.

Bakues.az “CNN”ə istinadən xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri İvan Gil deyib.

Onun sözlərinə görə, ABŞ-nin təhdidləri təkcə Venesuelaya deyil, həm də regional sabitliyə yönəlib:

“Venesuelanın ABŞ ilə heç bir mübahisəsi yoxdur, lakin Vaşinqtonda siyasi elementlərin təşviq etdiyi hərbi təcavüz cəhdi ilə üz-üzədir. Venesuela prezidenti Nikolas Maduro bu münaqişənin böyüməsinin qarşısını almaq üçün məhdudlaşdırma tədbirləri barədə göstəriş verib və ABŞ-nin rəsmi Karakasın narkotik ticarəti ilə əlaqəsi ilə bağlı iddialarını “böyük yalan” adlandırıb”.

Asim