Venesuela Milli Assambleyası Rusiya ilə strateji tərəfdaşlıq və əməkdaşlıq sazişini birinci oxunuşda yekdilliklə təsdiqləyib.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə parlamentin plenar iclasında Milli Assambleyanın spikeri Xorxe Rodriges bildirib.

O, bildirib ki, 2025-ci il mayın 7-də Rusiya Prezidenti Vladimir Putin və Venesuela Prezidenti Nikolas Maduro Moskvada iki ölkə arasında siyasi və iqtisadi sahələrdə, o cümlədən enerji, mədənçıxarma, nəqliyyat, rabitə, o cümlədən təhlükəsizlik, terrorizm və ekstremizmə qarşı mübarizə sahələrində qarşılıqlı fəaliyyət və əməkdaşlığı genişləndirən strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıblar.

Asim