ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Vitkov İsrail Baş naziri Binyamin Netanyahu ilə Qüdsdə görüşlərə başlayıb.
Bakues.az “tass”a istinadən xəbər verir ki, görüşdə İsrail təhlükəsizlik xidmətlərinin rəhbərlərinin də iştirak etdiyi bildirilib.
Vitkovun səfəri İran ətrafında artan gərginlik fonunda baş tutur. Daha əvvəl Axios xəbər agentliyi məlumat yayıb ki, Vitkov fevralın 6-da İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək mümkün nüvə sazişi məsələsini müzakirə edəcək.Bu görüşün hələ rəsmi təsdiqlənmədiyini və üzərində işlərin davam etdiyini qeyd edib.
Zəhra Məmmədzadə




