İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində Levotobi Laki-laki vulkanının dörd püskürməsi baş verib.

Bakues.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, püskürmələr səhər tezdən başlayıb.

Qeyd olunub ki, dördüncü və sonuncu yerli vaxtla 15:46-da baş verib.

Milli Geologiya Agentliyi ictimaiyyətə və turistlərə Levotobi vulkanının püskürməsinin mərkəzindən uzaq durmağı tövsiyə edib.

Səlahiyyətlilər həmçinin güclü yağışlar zamanı lava axınının baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.