WhatsApp‑ın tam bloklanması sürətlənə bilər.

Bakues.az “Vedomosti”yə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının keçmiş deputatı Anton Gorelkin, bunun səbəbi kimi messencerin qanunsuz fəaliyyətlərdə iştirakı və sızan məlumatları göstərib.

O qeyd edib ki, messenger Roskomnadzor tələblərinə əməl etmədiyi üçün bloklana bilər və Meta şirkəti bununla bağlı etirazları yumşalda bilər.

Gorelkin bildirib ki, digər ölkələr WhatsApp‑ın Rusiya bazarını tərk etməsinin səbəbini anlayacaq və milli messencerləri inkişaf etdirəcək.

Qeyd edək ki, 28 noyabrda Roskomnadzor WhatsApp‑a qarşı məhdudiyyətlərin davam edəcəyini və qanun pozuntuları davam edərsə, messencerin tam bloklana biləcəyini açıqlamışdı.

Asim