Macarıstanın aşağıbüdcəli aviaşirkəti Wizz Air ABŞ bazarına girmək üçün transatlantik uçuş icazəsi üçün ABŞ Nəqliyyat Departamentinə müraciət edib.
Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, şirkət planlaşdırır ki, bu icazə ilə Avropadan ABŞ-ın bir neçə böyük şəhərinə birbaşa uçuşlar həyata keçirsin.
Orta Şərqdəki genişlənmə planlarını dayandıran Wizz Air artıq diqqətini Böyük Britaniya və ABŞ arasındakı marşrutlara yönəldib. Potensial istiqamətlər arasında London-Nyu York, London-Miami və London-Orlando var.
Bu addım şirkət üçün strateji əhəmiyyət daşıyır, çünki hələ transatlantik bazarda mövcud deyil və icazə alındıqda beynəlxalq genişlənməsində mühüm mərhələ olacaq.
Asim




