ABŞ İrandan üç əsas nüvə obyektinin sökülməsini və bütün zənginləşdirilmiş uranın Vaşinqtona təhvil verilməsini istəyir.
Bakues.az The Wall Street Journal-a istinadən xəbər verir ki,bu barədə Cenevrədə keçirilən danışıqlarda Amerika nümayəndələrinə İrana Fordo, Nətənz və İsfahandakı üç əsas nüvə obyektinin sökülməli olduğunu və bütün zənginləşdirilmiş uranın ABŞ-a çatdırılmalı olduğunu açıq şəkildə bildirmək tapşırılıb. Vaşinqton həmçinin mümkün razılaşmanın müddətsiz olmasını tələb edir.
Öz növbəsində, İran ABŞ-a alternativ təkliflər təqdim edib. Tehran uranın zənginləşdirilmə səviyyəsini 60%-dən 1,5%-ə endirməyə və bu prosesi yeddi il müddətinə dayandırmağa hazır olduğunu bildirib.
Nəşr qeyd edir ki, tərəflər arasında əsas mübahisə mövzularından biri də sanksiyalar məsələsidir. ABŞ razılaşmadan sonra sanksiya təzyiqini minimum səviyyədə azaltmaq niyyətindədir. İran isə tətbiq olunan məhdudiyyətlərin əhəmiyyətli dərəcədə yumşaldılmasında israr edir.
Fevralın 26-da Cenevrədə İran və ABŞ arasında nüvə danışıqlarının üçüncü raundu keçirilir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghai bildirib ki, üçüncü raundun gündəliyi əvvəlki mərhələlərlə eyni olaraq qalır. Tehran sanksiyaların ləğvini və nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnun tanınmasını tələb edir.
Zəhra Məmmədzadə




