Xalq artisti yıxıldı, qolu sındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xalq artisti yıxıldı, qolu sındıbackend

“Evdə qapını açarkən sol qolumun üstünə yıxıldım, qolum sındı. İnsult xəstəliyindən əziyyət çəkdiyimə görə müvazinətimi itirirəm”.

Bakues.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.

Onun sözlərinə görə, qolu xəstəxanada rentgen müayinəsi olunub:

“Hazırda müalicə alıram. Qolum gipsdədir”,- sənətçi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl insult keçirən aktrisa İstanbul NS Klinikasına müalicə alıb.