Yaponiya hökuməti “Dörd şimal adası”nın mülkiyyət məsələsini həll etmək və Rusiya ilə sülh sazişi bağlamaq üçün səylərini davam etdirəcək.
Bakues.az “Yonhap”a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimaşe Hayaşi mətbuat konfransında deyib.
Kurilə desant əməliyyatının 80 illiyi fonunda Yaponiya-Rusiya münasibətlərinin hazırkı vəziyyətini şərh eən baş katibin sözlərinə görə, Yaponiya hökuməti dörd şimal adasına sahiblik məsələsinin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş mövqeyinə sadiq qalmağa davam edəcək:
“Tokio və Moskva arasında münasibətlər hazırda Ukraynadakı vəziyyətə görə son dərəcə çətin vəziyyətdədir. Yaponiya Rusiya tərəfdən Cənubi Kuril adalarının keçmiş yapon sakinləri üçün əcdadlarının məzarlarını ziyarət etmək üçün bu ərazilərdə vizasız rejimin bərpasına çalışacaq”.
Asim




