Yaponiya: Tokio Moskva ilə dialoqa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaponiya: Tokio Moskva ilə dialoqa hazırdırbackend

“Yaponiya hökuməti Rusiya ilə məlumat mübadiləsinə və sülh müqaviləsinə nail olmaq üçün dialoqa sadiqdir”.

Bakues.az “Yonhap”a istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Şiqeru İşiba deyib.

O, bu barədə Cənubi Kuril adalarının keçmiş yapon sakinlərinin Rusiya ilə danışıqların davam etdirilməsi və adalardakı əcdadlarının məzarlarına ziyarətlərin bərpa edilməsi tələbi ilə bağlı yazılı müraciətindən sonra açıqlama verib.

“Biz dörd ada üzərində mülkiyyət məsələsini həll etmək və sülh müqaviləsi bağlamaq üçün səy göstərmək istərdik. Rusiya ilə sıx məlumat mübadiləsi aparmaq lazımdır” – deyə nazir vurğulayıb.