Yaponiyanın Baş naziri Şigeru İşiba BMT-nin və xüsusən də Təhlükəsizlik Şurasının öz mandat vəzifələrini tam yerinə yetirmək qabiliyyətini şübhə altına alaraq, Təhlükəsizlik Şurasında islahatların aparılmasını müdafiə edib.
Bakues.az “Yonhap”a istinadən xəbər verir ki, o, həmçinin Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayını genişləndirməyi təklif edib.
İşiba açıqlamasında BMT Təhlükəsizlik Şurasını, xüsusən də veto sistemini tənqid edib:
“Aydındır ki, indi qətiyyət nümayiş etdirməyin və Təhlükəsizlik Şurasında islahatların həyata keçirilməsinin vaxtıdır. Sadəcə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmaq kifayət etməyəcək. Lakin mən əminəm ki, Təhlükəsizlik Şurasının effektivliyini azaltmadan onu daha çox təmsil etmək mümkündür. Təhlükəsizlik Şurasına yeni daimi üzvlər əlavə olunarsa, onlar 15 il ərzində veto hüququndan istifadə edə bilməməlidirlər”.
Asim




