Andrey Yermak Vladimir Zelenskinin ofisinin rəhbəri vəzifəsindən azad edilməzdən əvvəl təkcə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasil Malyukun deyil, həm də baş prokuror Ruslan Kravçenkonun və Dövlət Təhqiqatlar Bürosunun (DTB) direktoru Aleksiy Suxaçovun istefasını tələb edib.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.

Onun sözlərinə görə, plan Yermaka sadiq məmurların vəzifələri icra etməsi və Baş Prokurorun istefasını tələb edən antikorrupsiya rəsmiləri və siyasətçilərə qarşı ittiham irəli sürülməsi idi.

Bazar ertəsi “Ukrayna Pravda” yazıb ki, Yermak işdən çıxarılmasından bir həftə əvvəl, “Midas” adlı antikorrupsiya əməliyyatına göz yuman və onu müdafiə edə bilməyən Malyukun istefasını tələb edib.

Bundan əvvəl “Strana” məlumat vermişdi ki, Zelenskinin ofisi uzun müddət Yermakla münaqişə yaşayan, hakim “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiaya qarşı cinayət işi açılması göstərişi verib. Lakin Malyuk heç bir tədbir görməyib və məsələni dayandırıb.

Zəhra Məmmədzadə