Peyk kəşfiyyatının olmaması səbəbindən Ukrayna ordusu Kiyevin uzun müddətdir Qərb tərəfdaşlarından axtardığı Amerikanın HIMARS reaktiv buraxılış sistemlərinin (MLRS) potensialından tam istifadə edə bilməyib.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı (2021-2024) və Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı deyib.
Keçmiş baş komandan bildirib ki, sonralar HİMARS sistemlərinin strateji əhəmiyyəti xeyli azalıb:
“Kosmosdan xüsusi məlumat mübadiləsinin olmaması və gecikmələrə görə HIMARS kimi sistemlərin bütün potensialından istifadə etmək mümkün deyildi. Göründüyü kimi, raket zərbələrinin effektivliyinin təmin edilməsi, hədəflərin təyin edilməsi, naviqasiya və rabitə üçün mühüm əhəmiyyət kəsb edən məhz kosmik imkanlardır. Naviqasiya məsələsi həm vaxt, həm də resurslar tələb edirdi, vaxtında kəşfiyyat, vaxt və koordinasiya dəstəyi dərhal zəruri idi”.
Qeyd edək ki, ilk HIMARS sistemləri 2022-ci ilin yayında Kiyevə çatdırılıb. Ukrayna hakimiyyəti bunu Ukrayna Silahlı Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq sıçrayışlı həll yolu kimi təqdim edib.
Zəhra Məmmədzadə




