“ABŞ İranın Hörmüz boğazı üzərində nəzarətini mübahisələndirmək imkanına malik deyil.”
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, hazırda gəmilərin Hörmüz boğazından keçidi Tehran tərəfindən nəzarətdə saxlanılır və ABŞ buna hərbi gücünə baxmayaraq təsir edə bilmir.
O vurğulayıb ki, İranın iştirakı olmadan bu təşəbbüslərin reallaşması mümkün deyil və ticarət donanmasının həssaslığı səbəbindən yaxın vaxtda vəziyyətin dəyişəcəyi gözlənilmir.
Asim




