Ukrayna prezidenti Vladimir Zelenski öz Telegram kanalında yazıb ki, ABŞ-la danışıqlardan sonra “çətin məsələlər” həll olunmalıdır.

Bakues.az “Qazeta”ya istinadən xəbər verir ki, Zelenski son danışıqları “çox konstruktiv” adlandırıb.

Zelenski bildirib ki, bəzi məsələlər hələ də həll edilməlidir və nümayəndə heyəti “yaxın günlərdə” Avropaya qayıdacaq. Ukrayna tərəfi ABŞ-la Floridada keçirilən görüşdən tam hesabat aldıqdan sonra əlavə qərarlar verəcək.

Məlumata görə, Ukrayna nümayəndələri Donetsk Xalq Respublikasından qoşunları çıxarmaqdan imtina edib və atəşkəsin qorunmasını tələb edir.

Həmçinin, onlar NATO üzvlüyündən imtina bəndini qəbul etməyiblər və ölkənin alyansa qoşulmaq öhdəliyini nəzərə alan konstitusiyaya istinad ediblər. Ukrayna Silahlı Qüvvələrinin ərazisi və sayı ilə bağlı güzəştə getməyəcəyi də açıqlanıb.

Zəhra Məmmədzadə