Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq ilə görüşüb.

Bakues.az “DHA”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı öz “Telegram” kanalında yazıb.

Zelenski bildiirb ki, görüş sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub.

“Mən ABŞ prezidentinin xüsusi nümayəndəsi general Keyt Kelloqla görüşdüm. Onu cəbhədəki vəziyyətlə bağlı məlumatlandırdım. Biz həmçinin Ukrayna ilə ABŞ arasında əməkdaşlığın inkişaf etdirilməsi, xüsusilə pilotsuz təyyarələrlə bağlı qarşılıqlı faydalı sazişlər və Ukraynanın ABŞ-a təklif etdiyi Amerika silahlarının alınmasını müzakirə etdik”, – Zelenski yazıb.

Görüşdən sonra Zelenskinin saytında Kiyevin Vaşinqtonla bu sazişləri yaxın vaxtlarda bağlamaqda maraqlı olduğu qeyd edilib.

Asim