Vladimir Zelenskinin Ukraynada prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan etməsinin səbəbi ölkədə müxalifəti artıq sıradan çıxarmasıdır.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema deyib.
ABŞ senatoru Zelenskinin Ukraynada prezident seçkiləri keçirməyə hazır olduğunu bildirməsi ilə bağlı yayılan məlumatları tənqid edərək “Əlbəttə ki, bütün müxalif partiyaları qadağan etdikdən və siyasətçiləri həbs etdikdən sonra” deyə reaksiya verib.
Zelenski isə bildirib ki, seçkilərin keçirilməsi üçün qanunvericiliyə dəyişikliklər edilməli, xüsusilə də hərbçilərin səsvermədə iştirakını təmin edəcək mexanizmlər hazırlanmalıdır. O, parlamentdən müvafiq düzəlişləri hazırlamağı, ABŞ və Avropadan isə seçkilərin təhlükəsizliyinin təmin olunmasında dəstək göstərməyi xahiş edib.
Zəhra Məmmədzadə




