Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşünün məzmunlu olduğunu bildirib.

Bu barədə Bakues.az Ukrayna KİV-lərinə istinadən xəbər verir.

“Bu səfərə görə təşəkkür edirəm. Bizim məzmunlu söhbətimiz oldu. Bu dialoqu davam etdirəcəyik”, – V.Zelenski bildirib.

O həmçinin qeyd edib ki, Slovakiyanın Baş nazirini ABŞ Prezidenti Donald Trampla söhbəti və “İstəklilər koalisiyası”nın iclasının nəticələri barədə də məlumatlandırıb.