Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsinə Yaxın Şərqdə dron və digər hava hücumlarından müdafiə üçün ABŞ-dan xüsusi dəstək sorğusu daxil olub.

Bakues.az tass-a istinadən xəbər verir ki, Zelenski Telegram kanalında qeyd edib: “Lazımi resursların təmin olunması və təhlükəsizliyin qorunması üçün ukraynalı mütəxəssislərin iştirakı barədə göstəriş vermişəm”.

Daha əvvəl Financial Times Ukrayna müdafiə sənayesindəki mənbələrə istinadla xəbər vermişdi ki, ABŞ və ən azı bir Fars körfəzi ölkəsi Patriot hava hücumundan müdafiə sistemləri üçün raket təchizatını azaldıb və bu səbəbdən Ukrayna dron tutucularından istifadə imkanlarını müzakirə edir.

Zəhra Məmmədzadə