“Ordu” basketbol komandasında yeni məşqçi təyinatları olub.
Klubdan Bakues.az-a verilən məlumata görə, Emin Cəfərov və Hüseyn Paşayev köməkçi məşqçi vəzifəsinə təyinat alıblar.
“Ordu” daha əvvəl Polad Həsənovun baş məşqçi təyin olunduğunu açıqlamışdı. Serbiyalı mütəxəssis Milan Kotaraç da köməkçilərdən biridir.




