Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.
Bakues.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,43 ABŞ dolları və ya 2,4% artaraq 102,77 ABŞ dolları olub.
Bundan əvvəl Azərbaycan nefti 100,34 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.




