Azərbaycanda həkim vəfat edib.
Bakues.az "Oxu.az"a istinadla xəbər verir ki, Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri, həkim İradə Dəmirova dünyasını dəyişib.
1962-ci il təvəllüdlü İ.Dəmirova uzun sürən xəstəlik səbəbindən ölüb.
O, 2021-ci ildən adı çəkilən şöbənin müdiri vəzifəsində çalışırdı.




