Xırdalan şəhəri, 27-ci məhəllə, 19 saylı binanın sakinləri artıq günlərdir kanalizasiya qoxusundan nəfəs ala bilmirlər.

Vətəndaşların Bakues.az-a göndərdiyi şikayətdə bildirilib ki, bir neçə gündür binanın həyətində kanalizasiya suları daşır.

Qoxu o qədər kəskindir ki, həyətə çıxmaq mümkün deyil. Üfunət artıq mənzillərin içinə qədər yayılıb. Sözügedən ərazinin sakinləri isə artıq bu qoxunun içində yaşamağa məcbur qalıblar.

27-ci məhəllənin problemi bununla bitmir. Sakinlərin sözlərinə görə, güclü küləkdən aşan ağac bir aydır məhəllənin ortasında qalıb. İndiyədək əraziyə gəlib vəziyyətlə maraqlanan olmayıb. İnsanlar öz problemləri ilə təkbətək qalıblar.

Sakinlər aidiyyəti qurumların mövcud problemləri aradan qaldırmağı tələb edirlər.

Mövzuya aid videogörüntünü təqdim edirik:

YouTube

Əsəd