Bu gün İmişli və Saatlı rayonlarının bir sıra kəndlərinin qaz təchizatında fasilə yaranıb.

Bakues.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəciravan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərinin, Saatlı rayonunun Naharlı və Məzrəli kəndlərinin qaz təchizatı dayandırılıb.