ABŞ-nin ilk prezidenti Corc Vaşinqtona məxsus çərçivəyə salınmış saç telləri 4 000 dollara satılıb.

Bakues.az "BBC News"a istinadən xəbər verir ki, saç telləri "Richmond Auctions" tərəfindən satışa çıxarılıb. 

Saç telləri bir vaxtlar Vaşinqtonu ölümündən bir az əvvəl qəbul edən Con Qedsbiyə məxsus olub. Daha sonra kolleksiyaçı Con S. Latimerin əlinə keçib.

Qedsbinin nəvəsinin sözlərinə görə, babası saç telini Vaşinqtonla dostluğu sayəsində əldə edib və onu evində prezidentin portretinin altına asıb.

Xatırladaq ki,  2021-ci ildə Vaşinqtonun üç saç teli təxminən 40 000 dollara satılmışdı. Hazırda ən azı 50 belə nümunə qorunub saxlanılır.