Əfqanıstanın şərqindəki Kunar vilayətində orta məktəbdə baş verən partlayış nəticəsində bir neçə şagird ölüb və yaralanıb.
Bakues.az xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin nümayəndəsi Fərid Dehqan bildirib.
Onun sözlərinə görə, partlayış bu gün səhər Andar-Ser rayonunda yerləşən məktəbdə baş verib.
Ölənlərin və yaralananların dəqiq sayı, həmçinin partlayışın səbəbi hələlik məlum deyil.
Hadisə yerində Pakistanla sərhəddə yerləşən Kunar vilayətindən olan istintaq qrupları işləyir.




