Paytaxt sakini Respublika Klinik Xəstəxanasında qanvermə prosedurundan keçmək istəyərkən problemlə üzləşdiyini iddia edib.
Bakues.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı şikayətində bildirib ki, qanvermək məqsədilə Respublika Klinik Xəstəxanasına müraciət etsə də, tibb müəssisəsində sistemin işləmədiyi bildirilib.
Nəticədə vətəndaşın qan verməsi mümkün olmayıb.
Şikayətçinin sözlərinə görə, xəstəxana əməkdaşları sistemin nə vaxt bərpa olunacağı barədə dəqiq məlumat verə bilməyiblər.
Ona problemin nə zaman aradan qaldırılacağının məlum olmadığı bildirilib.
Vətəndaş qeyd edib ki, qanvermək üçün xəstəxanaya gələn insanların belə bir texniki problemlə qarşılaşması vaxt itkisinə səbəb olur.
Üstəlik, sistemin fəaliyyətinin nə zaman bərpa ediləcəyinin bilinməməsi müraciət edən şəxsləri qeyri-müəyyən vəziyyətdə qoyur.
Məsələ ilə bağlı TƏBİB-in mövqeyini dərc edəcəyik.
YouTubeƏsəd




