“İranla nüvə sazişi üzrə danışıqlar uğursuz olarsa, hərbi toqquşma qaçılmazdır”.

Bakues.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.

“Bu baha başa gələ bilər və regionda ciddi sabitliyin pozulmasına gətirib çıxara bilər”, – deyə nazir bildirib.

O qeyd edib ki, Fransa İranın nüvə silahı əldə etməsinə qarşıdır və nüvə sazişinin əldə olunmasını prioritet məsələ hesab edir.