“ABŞ İranda çatışmazlıqlar yaratmaqla etirazları və sosial problemləri qızışdırmağa çalışır”.

Bakues.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Ölkəmizin əziz sakinlərindən xahiş edirik: qaz, elektrik enerjisi, benzin, dizel və digər yanacaq növlərindən düzgün istifadə etməklə, resursların mənasız yerə israfının qarşısını almaqla bizə kömək etsinlər ki, düşməni məyus edək. Düşmən əhalinin ölkənin qiymətli resurslarından səmərəli istifadə məsələsində bizə dəstək verdiyini gördükdə məyus olacaq”, - o vurğulayıb.

Məsud Pezeşkian əlavə edib ki, İranın keçmiş Ali rəhbəri Əli Xamenei dəfələrlə qazın bu şəkildə yandırılmasından və bunun qarşısını almaq üçün heç bir tədbir görülməməsindən narahatlığını bildirib.