İtaliyanın xarici işlər naziri Antonio Tayani bu gün Bakıda keçirilən danışıqları yüksək qiymətləndirib.

Bakues.az xəbər verir ki, bu barədə A.Tayani Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Son illərdə münasibətlərimiz daha da yaxşı olub. Bu, təkcə Azərbaycana səfərlərlə məhdudlaşmır", - o bildirib.