Lənkəranda yaşayış evi tamamilə yanıb.

Bakues.az-ın məlumatına görə yanğın hadisəsi rayonun Şıxəkəran kəndində baş verib.

Belə ki, 1958-ci il təvəllüdlü Rəsmiyə Yədulla qızı Əliyevaya məxsus ümumi sahəsi 120 kvadratmetr olan, bir mərtəbəli üç otaq, iki mətbəx, dəhliz və kürsidən ibarət olan yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb edilib. Ailə üzvlərindən xəsarət alan olmayıb. Alovun kənar tikililərə keçməsinin qarşısı alınıb.

Yanğının hansı səbəbdən baş verməsi aparılacaq ekspertizadan sonar müəyyən olunacaq.