Braziliyalı futbolçu Neymar parfümeriya sektoruna daxil olur.
Bakues.az xəbər verir ki, bu barədə brendin rəsmi "Instagram" səhifəsində məlumat verilib.
O, Birləşmiş Ərəb Əmirliklərinin məşhur "Armaf" brendi ilə əməkdaşlığa başlayıb.
Tərəfdaşlıq çərçivəsində Neymarın iştirakı ilə yeni ətir hazırlanacaq. Məhsulun 2027-ci ildə satışa çıxarılması planlaşdırılır.
Futbolçu yalnız reklam siması kimi çıxış etməyəcək, həm də ətirin yaradılması prosesində iştirak edəcək. Hələlik məhsulun adı, qoxu tərkibi və satış qiyməti açıqlanmayıb. Əməkdaşlığın maliyyə şərtləri də gizli saxlanılır.




