Ötən həftəsonu Nigeriyanın Niger ştatındakı yaşayış məntəqələrinə hücumlar nəticəsində azı 64 nəfər ölüb.
Bakues.az xəbər verir ki, bu barədə fulani xalqının nümayəndələri və yerli sakinlər bildiriblər.
Onların məlumatına görə, hücumlar Vava və Qada-Oli şəhərlərinin rayonlarında baş verib. Hücum edənlər odlu silah və maçetedən istifadə edib, həmçinin içərisində insanlar olan binaları yandırıblar.
Ştat hakimiyyəti şənbə günü Lumman-Baare kəndində baş vermiş digər hücumu təsdiqləyib. Orada silahlı şəxslər sübh namazı zamanı atəş açaraq, kənd başçısı da daxil olmaqla, 5 nəfəri öldürüblər.
Sonrakı hücumları kimin təşkil etdiyi hələlik məlum deyil. Polis və ştat hakimiyyəti ölənlərin sayını təsdiqləməyib.
Fulani nümayəndələri mümkün yeni hücumlarla bağlı narahatlıqlarını ifadə edib və ayrı-ayrı silahlı qrupların hərəkətlərinə görə bütöv bir etnik icmanın üzərinə kollektiv məsuliyyət qoymamağa çağırıblar.
"Fulbe Global Development and Rights Initiatives" təşkilatı Niger ştatında qətl xəbərlərinin təcili araşdırılmasına çağırıb.
1 dəqiqəlik oxu
Nigeriyada silahlı hücumlar nəticəsində ölənlər var

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



