Rusiya Arktikada böyük maraqlara sahibdir və onları beynəlxalq hüquq çərçivəsində qoruyacaq.
Bakues.az “Vedomosti”yə istinadən xəbər verir ki, bu sözləri Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov vurğulayıb ki, Arktik region Rusiya üçün strateji önəm daşıyır və burada əməkdaşlıq beynəlxalq tərəfdaşlarla aparılmalıdır. O əlavə edib ki, Avropa İttifaqının təşəbbüsləri alqışlanır, amma qarşıdurma yaradacaq addımlar Moskva tərəfindən dəstəklənməyəcək.
“Bizim Arktikada maraqlarımız var və biz onları beynəlxalq hüquqla qoruyacağıq. Əməkdaşlıq yönümlü siyasət müsbət qarşılanacaq, qarşıdurma isə fayda verməyəcək”, — deyə Peskov qeyd edib
Asim




