Qırğızıstan Respublikası Təhlükəsizlik Şurasının katibi Baktıbek Bekbolotov vəzifəsindən azad edilib.
Bakues.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Milli Təhlükəsizlik Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilən Rüstəm Mamasadıqov Təhlükəsizlik Şurasının katibi təyin edilib.




