Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan iki günlük işgüzar səfərlə Moskvaya yola düşüb.

Bakues.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Qriqoryan noyabrın 24-25-də Rusiya paytaxtında olacaq. Səfər çərçivəsində Ermənistanın baş nazirinin müavini həmkarı Aleksey Overçukla görüşəcək, həmçinin Avrasiya İqtisadi Komissiyası Şurasının növbəti iclasında iştirak edəcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, Moskva və İrəvan gərginliyi artmaqda davam edir. Ermənistanın hətta Aİİ-dən çıxarıla biləcəyi haqda iddialar var.