Pakistan Baş naziri Şahbaz Şərif noyabrın 30-da Rusiyaya üç günlük rəsmi səfər edəcək.
Bakues.az xəbər verir ki, bu barədə “Dawn” Pakistan Baş nazir Administrasiyasına istinadla məlumat yayıb.
Qeyd edilib ki, səfərin məqsədi Pakistan-Rusiya ikitərəfli əlaqələrini gücləndirmək, eləcə də enerji və investisiya sahəsində müqavilələr bağlamaqdır.
Şahbaz Şərif Rusiyaya səfəri zamanı Prezident Vladimir Putinlə enerji və müdafiə sektorlarında, ticarət, regional təhlükəsizlik və investisiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.




