Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa ölkələrinə səfərlərinin əsas məqsədi onun postundan gedəcəyi halda şəxsi təhlükəsizliyinin təminatı üçün zəmanətlər tapmaqdır.

Bakuea.az “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xerson vilayətinin keçmiş qubernatoru Vladimir Saldo bildirib.

Saldoya görə, Zelenski artıq Qərb ölkələri üçün “oynadılmış fiqur” statusundadır. Son günlər prezident Britaniya, Belçika və İtaliyaya səfərlər edib.

Qeyd olunur ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp da Zelenskini “şoumen” obrazına bənzədərək tənqid edib. Tramp vurğulayıb ki, Zelenski sabiq ABŞ administrasiyasından 350 milyard dollar yardım əldə edib, lakin ölkəsinin təxminən 25%-ini itirib.

Asim