Bakının Sabunçu rayonu, Ramana qəsəbəsinin "Sovxoz" ərazisində, sakinlərin "Neft ərazisi" adlandırdığı hissədə yanmış avtomobil bir neçə gündür yolun hərəkət hissəsində qalıb.

Bakues.az-a daxil olan şikayətə görə, bu mənzərə artıq bir neçə gündür mövcuddur.

Şikayətçi bildirib ki, yanmış avtomobil təkcə yolu daraltmır, hərəkəti çətinləşdirir, qarşıdan gələn maşınlar bir-birini ötə bilmir. Nəticədə tıxac yaranır, sürücülər məcbur qalaraq əks yola çıxırlar. Axşam saatlarında isə vəziyyət daha da təhlükəlidir. Çünki yanmış avtomobilin heç bir xəbərdarlıq nişanı yoxdur.

Sakinlər aidiyyəti qurumlardan məsələyə təcili müdaxilə etməyi, yanmış avtomobilin ərazidən götürülməsini tələb edirlər.

Əsəd